Addimla.com

Saytın istifadəsi üçün Qeydiyyat

ADDIMLA.COM SAYTININ İSTİFADƏ MÜQAVİLƏSİ

Bundan sonra “İcraçı” adlandırılacaq Addimla.com saytı, bundan sonra “İstifadəçi” adlandırılacaq istənilən hər bir fiziki və ya hüquqi şəxsə yuxarıda adıçəkilən saytdan istifadə xidmətlərini aşağıda göstərilmiş şərtlər əsasında təqdim edir.

Addimla.com saytından istifadə faktı bu Müqavilənin qeyd-şərtsiz qəbul olunması olaraq sayılır.


1. Müqavilədə istifadə olunan Terminlər

1.1. Sayt — Addimla.com internet səhifəsində yerləşdirilmiş kontent və məlumatlar;

1.2. Saytın İstifadəçisi — Saytdan və saytın xidmətlərindən istifadə edən şəxs;

1.3. Qeydiyyatdan keçməmiş istifadəçi — Saytda Şəxsi hesabı olmayan İstifadəçi;

1.4. Qeydiyyatdan keçmiş istifadəçi — Saytda Şəxsi hesabı olan İstifadəçi;

1.5. Müəssisə — Əməkdaş toplamaq məqsədilə İcraçının məlumat bazasında informasiya yerləşdirən, Saytın müxtəlif forumlarında, proyektlərində iştirak edən və Saytın digər xidmətlərindən istifadə edən şəxs;

1.6. Birbaşa işəgötürən — Təmsil etdiyi şirkətə əməkdaş tapmaq məqsədilə Saytda vakansiya yerləşdirən Müştəri;

1.7. İşaxtaran — Saytda şəxsi CV yerləşdirən və Qeydiyyatdan keçmiş istifadəçi;

1.8. İstifadəçinin Şəxsi hesabı — Şəxsi kabinetə daxil olmaq üçün İstifadəçinin unikal adı və parolu. Unikal ad olaraq Müştəri öz elektron ünvanından istifadə edir;

1.9. İcraçının məlumat bazası — CV, Vakansiya və Şirkət haqqında məlumat olan və Addimla.com. domenində yerləşən İcraçı bazası;

1.10. Şəxsi məlumatlar — İstifadəçi haqqında məlumatlar ( Soyadı, Adı, Atasının adı, doğum tarixi, ünvan, ailə vəziyyəti, təhsil, peşə, iş yeri haqqında məlumat və digər məlumatlar);

1.11. Şəxsi profil — Saytın bağlı hissəsi. İstifadəçi bu hissəyə loqin və parol vasitəsilə daxil olaraq, şəxsi məlumatlarını dəyişmək imkanı əldə edir;

1.12. Vakansiya məlumatı — Saytda şirkət təmsilçisi və ya Sayt əməkdaşı tərəfindən həmin şirkətdə olan vakansiya (lar) barədə yerləşdirilmiş məlumat;

1.13. CV məlumatı — Saytda İşaxtaran, kadr agentliyi tərəfindən yerləşdirilən CV haqqında məlumat;


2. Müqavilənin predmeti

2.1. Qeydiyyatdan keçmiş istifadəçi effektiv iş axtarışı üçün zəruri olan şəxsi və professional məlumatları və ya   əməkdaşların sürətli və səmərəli axtarışı üçün lazım olan CV və Şirkət məlumatlarını yerləşdirməyə razılaşır;

2.2. Qeydiyyatdan keçmiş istifadəçiyə məxsus məlumatların yerləşdirilməsinin əsas məqsədləri: iş və əməkdaş axtarışıdır;

2.3. Şirkət və CV məlumatlarının yerləşdirilmə müddəti İcraçı və İstifadəçi tərəfindən müəyyən edilir.

2.4. Bu Müqavilə tərəflər arasında agent sazişi olaraq qəbul edilə bilməz.


3. İcraçının vəzifələri

3.1 İcraçının öhdəlikləri:

3.1.1. Qeydiyyatdan keçmiş İstifadəçilərə CV və Vakansiya Kartları yaratmaq və bu məlumatların İcraçının məlumat bazasında saxlanılmasını təmin etmək;

3.1.2. Qeydiyyatdan keçmiş İstifadəçilərə şəxsi məlumatların idarə edilməsi, dəyişdirilməsi üçün müvafiq imkanları yaratmaq;

3.1.3. Qeydiyyatdan keçmiş İstifadəçilərə Saytda yerləşdirilən müvafiq məlumatları elektron poçt vasitəsilə alınmasını təmin etmək;

3.1.4. Qeydiyyatdan keçmiş İstifadəçilərə şəxsi məlumatlarını silmək məqsədilə müvafiq xidməti təmin etmək;

3.1.5. Qeydiyyatdan keçmiş İstifadəçilər öhdəliklərini pozduğu halda Müqavilənin maddə 4.1. rəhbər tutaraq Qeydiyyatdan keçmiş İstifadəçilərin məlumatlarını xəbərdarlıq etmədən silmək.

3.2. İcraçı üçüncü şəxslər tərəfindən Qeydiyyatdan keçmiş İstifadəçilərin şəxsi məlumatlarının qeyri-qanuni olaraq istifadəsinin qarşısını almaq məqsədilə müvafiq addımları təmin edir.

Aşağıdakı hallarda İcraçı heç bir məsuliyyət daşımır:

3.2.1. İcraçının nəzarətindən kənar server və kompyuter proqramlarında nasazlıq əmələ gələn zaman;

3.2.2.Üçüncü şəxslər tərəfindən Sayta zərər yetirilən zaman;


4. İstifadəçinin vəzifələri

4.1. İstifadəçinin öhdəlikləri:

4.1.1. Saytın qaydalarına əməl etmək;

4.1.2. Azərbaycan və beynəlxalq qanunvericiliyə zidd olan məlumatları Saytda yerləşdirməmək;

4.1.3. Həqiqətə uyğun olmayan məlumatları yerləşdirməmək;

4.1.4. Saytda müəllif hüquqlarını, müxtəlif brendlərin və patentlərin qeydiyyat hüquqlarını poza biləcək məlumatları yerləşdirməmək;

4.1.5. Saytın informasiya təhlükəsizliyini pozmamaq;

4.1.6. Saytda üçüncü şəxslərin, təşkilatların, şirkətlərin addindan istifadə edərək İcraçı və İstifadəçilərə yanlış məlumat çatdırmamaq..

4.1.7. Saytda yerləşdirilmiş məlumatlara zərər gətirməmək;

4.1.8. Saytda yerləşdirilmiş və İstifadəçilərə aid telefon nömrələrini, e-poçt ünvanlarını, ev ünvanlarını başqa məqsədlə istifadə etməmək;

4.1.9. Saytda üçüncü şəxsə aid elektron poçtundan istifadə edərək qeydiyyatdan keçməmək;

4.1.10. Üçüncü şəxslərə «Şəxsi profil»-in parolunu verməmək. Şifrə üçüncü şəxsə verilməsi ilə əlaqədar yarana biləcək zərərə görə İstifadəçi tam məsuliyyət daşıyır;


5. Ödənişli xidmətlər

5.1. İcraçı aşağıdakı pullu xidmətlər göstərir:

5.1.1. Şirkətlərin vakansiya haqqında məlumatların Saytda yerləşdirilməsi xidmətləri;

5.1.2. СV məlumatlarından istifadə xidmətləri;

5.1.3. CV-lərin Kadr agentlikləri tərəfindən yerləşdirilməsi xidmətləri;

5.1.4. Vakansiya və Şirkət məlumatlarının reklamı xidmətləri;

5.1.5. Reklam və məlumat materiallarının yerləşdirilməsi (banerlər, məqalələr, xəbərlər, reklam blokları və s.);

5.2. Pullu xidmətlər ikitərəfli müqavilələr əsasında həyata keçirilir.

5.3. Xidmətlər bu Müqavilə əsasında icra edilir:

5.3.1. İcraçıdan asılı olmayan texniki səbəblərdən, həyata keçirilməmiş xidmətlərə görə İcraçı məsuliyyət daşımır;

5.3.2. İcraçı duzgün şəkildə verilməmiş və bununla əlaqədar icra edilməmiş СV, Şirkət və Vakansiya Kartlarına görə heç bir məsuliyyət daşımır;

5.4. İcraçı heç bir halda Qeydiyyatdan keçmiş İstifadəçilərin nümayəndəsi deyildir. Buna əsasən İcraçı Qeydiyyatdan keçmiş İstifadəçilərin maliyyə öhdəliklərinə görə cavabdehlik daşımır;

5.5. Qeydiyyatdan keçmiş İstifadəçi tərəfindən pullu xidmətlərin ödənilməsi faktı Müqavilə şərtlərinin qeyd-şərtsiz qəbulu sayılır;


6. Saytda dərc edilən materiallar ilə əlaqədar tələblər və Sayt xidmətlərindən istifadə

6.1. Sayt Xidmətlərindən, Məlumatlarından və Materiallarından istifadə saytın tələblərinə və qaydalarına uyğun olmalıdır;

6.2. İcraçı bildiriş olmadan bu Müqavilənin qaydalarını dəyişmək hüququnu özündə saxlayır;


7. Saytın materiallarından istifadə qaydaları

7.1. Qeydiyyatdan keçmiş İstifadəçilər daxil etdiyi məlumata görə məsuliyyət daşıyır;

7.2. İcraçı Saytda natamam, orfoqrafik səhvlərlə daxil edilmiş məlumatların silinməsi səlahiyyətlərinə malikdir;

7.3. Qeydiyyatdan keçmiş İstifadəçilər Saytda yerləşdirilmiş məlumatların Saytın məqsədinə uyğun istifadəsi üçün tam məsuliyyət daşıyırlar;

7.4. Qeydiyyatdan keçmiş İstifadəçilər anlayır və qəbul edirlər ki, İcraçı onların şəxsi məlumatlarını Statistik məqsədlərinə uyğun istifadə etmək hüququna malikdir;

7.5. İcraçı və Qeydiyyatdan keçmiş İstifadəçilər heç bir halda məlumatı Saytdan götürən proqramlardan və skriptlərdən istifadə etməməlidirlər;


8. Yekun müddəalar

8.1. Saytın loqosu, adı, dizayn elementləri, dizayn və ümumi görünüşü İcraçının tam mülkiyyətidir və onlardan istifadə qadağandır;

8.2. İstifadəçi anlayır və qəbul edir ki, texniki səbəblərdən İcraçı Qeydiyyatdan keçmiş bütün İstifadəçilərin daxil etdiyi məlumatların duzgünlüyünə cavabdeh ola bilməz. İcraçı proqram səhvlərinə və serverlərdə ola biləcək kompyüter viruslarına və bundan irəli gələ biləcək avadanlıq nasazlığına görə məsuliyyət daşımır;

8.3. Saytdan istifadə edərkən İstifadəçi anlayır və qəbul edir ki, bəzi məlumatlar böhtan xarakteri daşıya bilər. Belə bir risk yarandığı halda İstifadəçi dərhal İcraçıya müraciət etməlidir;

8.4. İstifadəçi öz şəxsi və professional məlumatlarını Saytda yerləşdirərkən İstifadəçiyə məxsus məlumatların üçüncü şəxslər tərəfindən istifadəsi riskini anlayır və qəbul edir;

8.5. Yerləşdirilməsindən sonra Müştərilərə məxsus CV-lər müddətsiz olaraq Saytın arxivində saxlanılır və Sayt tərəfindən istifadə edilə bilər;

8.6. İcraçı Saytda yerləşdirilmiş CV, Vakansiya, Şirkət məlumatlarının digər istifadəçilər tərəfindən baxılmasına heç bir təminat vermir;

8.7. İstifadəçinin öz şəxsi məlumatlarının Saytda yerləşdirməsi faktı bu Müqavilənin qeyd şərtsiz qəbulu hesab olunur;

Əməkdaşlıq etdiyimiz şirkətlər

SOSİAL ŞƏBƏKƏLƏRDƏ

YENİ VAKANSİYALAR

24 saat 0
7 gün 0
30 gün 0

YENİ CV-LƏR

24 saat 0
7 gün 0
30 gün 0

ÜMUMİ STATİSTİKA

Ən çox işçi axtarılan sahə
İnzibati işlər
Ən çox vakansiya elan etmiş şirkət
Yeni İş Firması
Hazırda saytda olan ziyarətçi sayı
5