Addimla.com

Saytın istifadəsi üçün Qeydiyyat

Biz yarandıq, çünki...

günbəgün yenilənən güclü ölkəmizin vətəndaşı olaraq hər kəs cəlbedici iş təklifləri, maddi rifah və şəxsi inkişafını təmin edə biləcəyi yeni iş imkanları ilə maraqlanır. Bu dinamik inkişafa öz töhfəsini verən əksər şirkət, müəssisə, idarə və qurumlar da eyni ilə savadlı, etibarlı və münasib kadr axtarışındadır.


Addımla.com mövcud inkişafın fonunda iş və işçi axtarma prosesində yaranmış boşluqları profesional şəkildə aradan qaldırmaq, iş axtaranı müvafiq iş, işçi axtaranı uyğun işçi ilə təmin etmək üçün yarandı. Addımla.com ölkəmizdə işsizliyin azaldılması siyasətinə dəstək məqsədi ilə hazırlanmış ən mükəmməl həll vasitəsidir.

Niyə məhz biz?

İqtisadi inkişafın bu dinamik mənzərəsində işaxtaran və işəgötürən arasında bir sıra vasitəçilər yaranıb. Bu müəssisələrin nə qədər etibarlı olması isə sual altındadır. Onlara təqdim edilən məlumatların necə qorunduğuna, hər hansı bir vakansiya üçün müraciət edənlərin səviyyəsinə, həmin vəzifəyə nə qədər uyğun gəldiyinə isə heç bir zəmanət verilmir.


Məhz Addımla.com sayəsində işaxtaranlar bizə etibar etdiyi şəxsi məlumatlarının yüksək səviyyədə mühafizə edildiyindən, vakansiya elan edən şirkətlər isə onlara yönləndirdiyimiz namizədlərin tələblərə uyğun olmasından əmin ola biləcəklər. Addımla.com bunun üçün xüsusi dərəcələndirmə sistemi tətbiq edib ki, bu haqda məlumatı saytımızdan əldə edə bilərsiniz.

Son olaraq

Bacarıqlı və mehriban komandamıza, prinsip və dəyərlərimizə olan hörmətimizə və əlbəttə ki, Sizin dəstəyinizə güvənirik. Bütün bunların sayəsində qısa bir müddət ərzində öz sahəmizin Nömrə 1-inə çevriləcəyimizə inanırıq. Əminik ki, işaxtaran və işəgötürən münasibətlərində bir ilkə imza atacağıq!

Əməkdaşlıq etdiyimiz şirkətlər

SOSİAL ŞƏBƏKƏLƏRDƏ

YENİ VAKANSİYALAR

24 saat 0
7 gün 0
30 gün 0

YENİ CV-LƏR

24 saat 0
7 gün 0
30 gün 0

ÜMUMİ STATİSTİKA

Ən çox işçi axtarılan sahə
İnzibati işlər
Ən çox vakansiya elan etmiş şirkət
Yeni İş Firması
Hazırda saytda olan ziyarətçi sayı
1